2026-cı ildə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ASİƏT) sammiti Çinin Şençjen şəhərində keçiriləcək.
“Report”un məlumatına görə, bu barədə Çin Sədri Si Cinpin forumun Cənubi Koreyada keçirilən bağlanış mərasimində bildirib.
O qeyd edib ki, gələn il Çin ASİƏT forumuna üçüncü dəfə ev sahibliyi edəcək.
Çin Sədri əlavə edib ki, təşkilat liderlərinin 33-cü qeyri-rəsmi görüşü 2026-cı ilin noyabr ayında Şençjendə keçiriləcək.
“Bütün iştirakçılara dəstəklərinə görə təşəkkür edirik. ASİƏT Asiya-Sakit Okean regionunda iqtisadi əməkdaşlıq üçün ən vacib mexanizmdir və regionun böyüməsinə və çiçəklənməsinə mühüm töhfə verib”, – Si Cinpin vurğulayıb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

