Bolqarıstan Aİ ölkələrinə yanacaq ixracını məhdudlaşdıracaq

Baş səhifə

Bakı. Trend:

Bolqarıstan parlamentinin üzvləri neft məhsullarının, əsasən
dizel və aviasiya yanacağının Avropa İttifaqı (Aİ) ölkələrinə
ixracına müvəqqəti qadağa qoyulmasına səs veriblər.

Trend-in
məlumatına görə, bu barədə Bolqarıstanın “BTA” agentliyi xəbər
verib.

Məlumata əsasən, bu təşəbbüsü 135 parlamentari dəstəkləyib, dörd
nəfər əleyhinə səs verib, 42 deputat isə bitərəf qalıb.




Bildirilib ki, GERB, “Yeni Başlanğıc”, “Belə Bir Xalq Var” və “Birləşmiş Sol” partiyalarının nümayəndələri neft məhsullarının
ixracına müvəqqəti məhdudiyyət təklif ediblər.

Parlament əksəriyyətinin fikrincə, bu tədbir ölkənin enerji
təhlükəsizliyini və daxili yanacaq bazarının sabitliyini təmin
etmək, eləcə də ABŞ-ın Bolqarıstandakı yeganə neft emalı zavoduna
sahib olan Rusiyanın “LUKOYL” şirkətinə qarşı tətbiq etdiyi
sanksiyalar nəzərə alınmaqla zəruridir.