Azərbaycan Basketbol Liqasında V turun növbəti oyunları keçirilib

Baş səhifə
Azərbaycan Basketbol Liqasında V turun növbəti oyunları keçirilib

Azərbaycan Basketbol Liqasında V turun növbəti oyunları keçirilib.

“Report”un məlumatına görə, A qrupunda yer alan “Gəncə” “Şəki”ni qəbul edib.

Qarşılaşma qonaqların 84:70 hesablı qələbəsi ilə bitib.

B qrupunda mübarizə aparan “Sərhədçi” isə “Sumqayıt”la üz-üzə gəlib. Matçda “gənclik şəhəri” təmsilçi 84:80 hesab ilə qalib gəlib.

Qeyd edək ki, tura noyabrın 2-də yekun vurulacaq. Ötən gün “Ordu” səfərdə “Lənkəran”ı məğlub edib – 91:76.