
Bakı. Trend:
Balakən Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İslam Rzayev
barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Trend xəbər
verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar verib.
Ona Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və
311.3.2 (təkrarən rüşvət alma) maddələri üzrə ittiham elan
olunub.
Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti Balakən
Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Korrupsiya
hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat
çərçivəsində rayonun icra başçısı İslam Rzayev saxlanılıb. Daha
sonra o, Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən
azad edilib.

