
Bakı. Trend:
ABŞ Avropa İttifaqının (Aİ) mümkün genişlənməsi ilə bağlı
konkret mövqeyə malik deyil və bunu birliyin daxili işi hesab
edir.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti
açıqlama verib.
“Dövlət Departamenti hesab edir ki, üçüncü ölkələrin Aİ-yə
üzvlüyünə – namizəd ölkələrin və mövcud üzv dövlətlərin özləri
qərar verir”,- deyə departamentdən “Euronews” telekanalına
bildirilib.
Bundan əlavə, bir neçə ekspert qeyd edib ki, ABŞ Prezidenti
Donald Tramp, öz sələflərindən fərqli olaraq, Aİ-nin
genişlənməsində maraqlı deyil.

