Bakı. Trend:
Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam
Komitəsi (PFDK) hakimlərin mərc oyunlarında iştirakı ilə bağlı
araşdırması çərçivəsində referilərə verilən cəzaları açıqlayıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
TFF-nin məlumatında bildirilir ki, mərc oyunlarında iştirak
etdiyi müəyyən edilmiş 149 hakimə 8 ilə 12 ay arasında hakimlikdən
məhrumetmə cəzası verilib.
Yüksək dərəcəli hakimlər Zorbay Küçük və Melih Kurt, eləcə də
dərəcə hakimi Mertcan Tubayla bağlı araşdırmanın isə davam
etdirilməsinə qərar verilib.

