Növbəti dəfə depozit hərracı keçirildi

Baş səhifə

Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti dəfə depozit hərracı təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 300 milyon manat sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından ikisində 28 gün müddətinə, 7 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.