81 və 160 nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir

Baş səhifə

Bakı. Trend:

Paytaxt ərazisində daha iki marşrut xətti üzrə avtobuslar müasir
tələblərə cavab verən nəqliyyat vasitələri ilə əvəzlənir.

Trend
xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, noyabrın 1-dən 81 və 160 nömrəli marşrutlarda
istismar olunan avtobuslar dəyişdiriləcək.




Köhnə Günəşli və Qaraçuxur qəsəbələrini əlaqələndirən 81 nömrəli
marşrut üzrə sərnişinlərin ixtiyarına veriləcək 20 ədəd “Yutong”
markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası
ilə təchiz olunub. Yeni avtobusların xəttə buraxılması ilə marşrut
üzrə hərəkət intervalı 6 dəqiqə təşkil edəcək. Marşrut üzrə
gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Binə qəsəbəsini “Koroğlu” metrostansiyası ilə əlaqələndirən 160
nömrəli müntəzəm marşrut üzrə xəttə buraxılacaq 18 avtobus da
müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz edilib.
Avtobuslar 6-7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət
göstərəcək. Marşrut üzrə gedişhaqqı 0,70 AZN müəyyən edilib.

Hər iki marşrutda ödənişlər nağdsız qaydadadır.