İspaniyada hərbi hissədə partlayış: ölən və yaralanan var

Baş səhifə

Bakı. Trend:

İspaniyanın Əndəluz muxtar bölgəsində yerləşən hərbi hissədə
partlayış baş verib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, partlayış nəticəsində bir hərbçi həlak olub, bir
nəfər isə yaralanıb. İnsident “İspan Legionu”nun qərarlaşdığı hərbi
hissədə yer alıb.

Partlayışın səbəbi hələ ki, məlum deyil. İlkin versiyaya görə,
hadisə partlayıcı qurğunun detonasiyası nəticəsində baş verib.