Bir neçə rayonda yaşıllıqlar məhv edildi: 75 min manatlıq ziyan vuruldu

Baş səhifə

Bakı. Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən
son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı
şəhəri, Quba, Xaçmaz və Samux rayonlarının inzibati ərazilərində
yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Trend
xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti
məlumat yayıb.




Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Səbail rayonu
Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsi 13 ünvanında, Quba rayonu
Çiçi kəndi, Xaçmaz rayonu Seyidlər kəndi ərazisində və Samux rayonu
Kür çayının sağ sahilində ağacların qanunsuz kəsilməsi nəticəsində
yaşıllıqlara 75 770 manat məbləğində ziyan dəydiyi müəyyən
edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət
tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün
toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün
hazırlanır.