“SOCAR Polymer”in ixrac gəlirləri əhəmiyyətli dərəcədə artıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında “Socar Polymer”in ixrac
gəlirləri 207 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM)
açıqladığı “İxrac icmalı”nın oktyabr buraxılışına istinadən xəbər
verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
14,1 milyon ABŞ dolları və ya 7,3% çoxdur.




Belə ki, 2024-cü il yanvar-iyul aylarında “Socar Polymer”in
ixrac gəlirləri 138,2 milyon ABŞ dolları idi.

Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında
iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin
Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha
sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR
Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium” MMC, Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq
Aqrar Sənaye Kompleksi” MMC,”SOCAR-DALĞIC” MMC, “Azərbaycan Dəmir
Yolları” “İstisu” mineral su zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti,
eləcə də Naxçıvan MR Dövlət Energetika Xidməti