Şəhid qardaşı: Elçin döyüşdə yaralansa da, müalicə olunub yenidən cəbhəyə qayıtmışdı

Baş səhifə
Şəhid qardaşı: Elçin döyüşdə yaralansa da, müalicə olunub yenidən cəbhəyə qayıtmışdı

Elçin döyüşdə yaralansa da, müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıtmışdı.

Bunu “Report”un Muğan bürosuna açıqlamasında oktyabrın 31-də İmişlinin Ağaməmmədli kəndində dəfn edilən Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Elçin Heydərovun qardaşı Rafiq Heydərov deyib.

O, uzun müddət qardaşı barəsində heç bir məlumat ala bilmədiklərini vurğulayıb:

“Qardaşım 1991-ci ildə cəbhəyə gedib və 1992-ci ilin sonlarında Füzuli istiqamətində gedən döyüşlərdə yaralanıb. Bir müddət Bakıda müalicə olunduqdan sonra 1993-cü ildə yenidən cəbhəyə qayıdıb. 1994-cü ilin yanvarında Füzuli rayonunda gedən döyüşlərdə itkin düşüb. Uzun müddət onun haqqında heç nə öyrənə bilmədik. Nəhayət həsrətimizə son qoyuldu, bu gün qardaşımın nəşini doğma torpaqda dəfn elədik”.