Media kolonial keçmişin təsəvvürlərini yenidən qiymətləndirməlidir – Aundu Monzia Cedrick

Baş səhifə

Bakı.Trend:

Etiraf etmək lazımdır ki, bir çox ölkələrdə media hələ də köhnə
düşüncə tərzinin təsiri altındadır. Xatırlatmaq istəyirəm ki, biz
dördüncü hakimiyyətik.

Trend xəbər
verir ki, bu fikirləri bu gün “Voice of Congo” media portalının baş
direktoru Aundu Monzia Cedrick “Belçika Müstəmləkəçiliyi: Tanınma
və Məsuliyyət” adlı beynəlxalq konfransda çıxışı zamanı
səsləndirib.

O bildirib ki, mətbuatın rolu son dərəcə böyükdür:

“Bu dəyirmi masadan sonra biz həqiqi bir təşkilatlanma
formalaşdırmağa nail olmalıyıq. Necə deyərlər, “bıçağın iki üzü
var” bizdə təsir gücü var və onu məsuliyyətlə istifadə
etməliyik”.

Cedrick əlavə edib ki, mətbuatın əsas rolu xalqları
müzakirələrdə iştirak etməyə, kolonial düşüncələri sorğulamağa və
yeni baxışlar formalaşdırmağa təşviq etməkdir.

“Biz kolonial keçmişin dominant təsəvvürlərini sarsıtmalı,
Belçika tarixindəki kolonial baxış bucağını yenidən
qiymətləndirməli və onun insanların düşüncəsinə təsirini aradan
qaldırmağa çalışmalıyıq”, – deyə o vurğulayıb.

O həmçinin qeyd edib ki, vətəndaş səfərbərliyi də mühüm
əhəmiyyət daşıyır.

“Onlayn media ədalət, irqçilik və dekolonizasiya kimi məsələlər
ətrafında vətəndaşların səfərbərliyinə dəstək olmalı, onları
ictimai debatlarda daha aktiv və iştirakçı etməlidir”, – Aundu
Monzia Cedrick əlavə edib.