“AzerGold” QSC məhsul portfelini 1 qramlıq qızıl külçələr hesabına genişləndirib

Baş səhifə

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yerli bazarda qızıl
külçələrə artan investisiya tələbatını nəzərə alaraq məhsul
çeşidini genişləndirib.

Dövlət şirkəti bu gün yerli qızıl xammalından hazırlanan yeni 1
qramlıq qızıl külçələri satışa çıxarıb. Bu addım, qızıl
investisiyasını daha geniş istehlakçı kütləsi üçün əlçatan və
sərfəli etmək məqsədi daşıyır.




Son aylarda qızılın dünya bazarlarında qiymətinin kəskin artması
fonunda fiziki qızıl investisiyası sabit və etibarlı sərmayə aləti
kimi diqqət mərkəzindədir. “AzerGold” QSC-nin 1 qramlıq külçələri,
məhz bu şəraitdə, daha kiçik məbləğlərlə investisiya etmək imkanı
yaratmaqla fərqlənir.

Yeni 1 qramlıq külçələr “AzerGold” QSC-nin rəsmi satış nöqtəsi –
Satış və mübadilə mərkəzi və onlayn platforması – www.azergold.gift vasitəsilə
əldə edilə bilər.