Pentaqon rəhbəri demilitarizasiya zonasına ilk dəfə səfər edəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin müdafiə naziri Pit Heqset gələn həftə ilk dəfə olaraq
KXDR və Cənubi Koreya arasında yerləşən demilitarizasiya zonasını
ziyarət edəcək.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Pentaqon rəhbəri özü elan edib.




Cənubi-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) üzv
ölkələrin müdafiə nazirlərinin Kuala-Lumpurda keçirilən iclasından
sonra təşkil olunan mətbuat konfransında çıxış edən nazir, gələn
həftəyə planlaşdırılan demilitarizasiya olunmuş zonaya səfərini
şərh edib:

“ABŞ Prezidenti Donald Tramp dəfələrlə bəyan edib ki, o, dövlət
başçıları səviyyəsində danışıqlar aparmağa açıqdır . Aydındır ki,
bizim Cənubi Koreya ilə ittifaqımız uzun illərdir mövcuddur və mən
səbirsizliklə həmin (demilitarizasiya olunmuş zonaya) ilk səfərimi
gözləyirəm”.