Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Xızı-Abşeron” Külək Elektrik Stansiyasında (KES) aparılan tikinti işləri işləri ilə tanış olub.
“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının Abşeron və Xızı sahələrində aparılan son tikinti işləri ilə tanış olduq. Stansiya yaxın vaxtlarda istismara hazır olacaq”, – o vurğulayıb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

