Bu marşrutun hərəkət sxemi dəyişdirilir

Baş səhifə

Bakı. Trend:

Sumqayıt şəhəri və Saray qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal
Kompleksi ilə əlaqələndirən 503 nömrəli müntəzəm marşrutun hərəkət
sxemi dəyişdirilir.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən
məlumat verilib.




“Sərnişin axını nəzərə alınaraq noyabrın 1-dən 503 nömrəli
marşrut avtobusları Sumqayıt şəhərini “20 Yanvar” metrostansiyası
ilə əlaqələndirəcək. Başlanğıcını Sumqayıt şəhərinin Zülfü Hacıyev
küçəsindən götürən marşrutun son dayanacaq məntəqəsi paytaxtın
Seyid Cəfər Pişəvari küçəsidir.

Marşrut üzrə müasir və ekoloji təmiz avtobusların sayı sərnişin
təlabatına uyğun olaraq artırılacaq. Beləliklə, marşrut xəttində 21
avtobus 8-9 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək.
Marşrut üzrə sərnişindaşıma nağdsız ödəniş əsasında həyata
keçirilir. Gedişhaqqı 0.80 AZN təşkil edir”, – deyə məlumatda qeyd
olunub.