Desmond Funvi: Kolonializm nəsildən-nəslə ötürülən dərin izlər buraxıb

Baş səhifə
Desmond Funvi: Kolonializm nəsildən-nəslə ötürülən dərin izlər buraxıb

Kolonializm Afrikanın bir çox ölkələrinin nümayəndələrində nəsildən-nəslə ötürülən dərin izlər buraxıb.

“Report”un məlumatına görə, bunu Kesmonds Beynəlxalq Universitetinin prezidenti, professor, həkim, psixoterapevt, klinik psixoloq və təhsil sahəsində ekspert (Kamerun) Atanqa Desmond Funvi Bakıda keçirilən “Belçika kolonializmi: tanınma və məsuliyyət” adlı beynəlxalq konfransında çıxışı zamanı bildirib.