Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Teymur Allahverdiyevlə vida mərasimi keçirilib

Baş səhifə
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Teymur Allahverdiyevlə vida mərasimi keçirilib

Neftçala rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Teymur Allahverdiyevlə vida mərasimi keçirilib.

“Report”un Aran bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Neftçala rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Teymur Qüdrət oğlu Allahverdiyev 1967-ci il iyulun 14-də Neftçalanın Qaçaqkənd kəndində anadan olub. 1992-ci il mayın 8-də Şuşada gedən döyüşlər zamanı itkin düşüb.

T.Allahverdiyev doğulduğu kənddə dəfn ediləcək.