
Ermənistanın polis qüvvələrinin komandanı Hayk Babayan tutduğu vəzifədən azad edilib.
“Report”un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, müvafiq fərmanı ölkə Prezidenti Vaaqn Xaçaturyan imzalayıb.
“Prezidentin fərmanı ilə general-mayor Hayk Babayan polis qüvvələrinin komandanı və polis rəisinin müavini vəzifələrindən azad edilib”, – fərmanda bildirilib.
H.Babayan 2020-ci ilin noyabr ayından bu vəzifəni tutub.
KİV-in məlumatlarına görə, o, bu il noyabrın 1-dən polis qvardiyasının rəhbəri təyin olunacaq.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

