“Android” əməliyyat sistemi “iOS”dan daha təhlükəsizdir – “Google”

Baş səhifə

Bakı. Trend:

“Google” şirkəti “YouGov” tədqiqat şirkəti ilə birgə apardığı
araşdırmanın nəticələrini açıqlayıb. Həmin araşdırmaya əsasən,
“Android” əməliyyat sistemi ilə işləyən mobil cihazların sahibləri
“iPhone” istifadəçiləri ilə müqayisədə virtual dələduzların
SMS-ləri və zəngləri xeyli az rastlaşırlar.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Sorğudan əvvəlki yeddi günlük müddət ərzində “Android”
istifadəçiləri “iOS” sistemli cihaz sahiblərindən 58 faiz az
dələduz mesajlar alıblar. Ən yüksək müdafiə səviyyəsini “Google
Pixel” smartfonları nümayiş etdirib – bu cihazların sahibləri
arasında spam və fişinq xarakterli mesajlar qəbul etmə riski
“iPhone” istifadəçilərinə nisbətən 96 faiz aşağı olub.




Bundan əlavə, “iOS” istifadəçiləri bir həftə ərzində üç və daha
çox dələduz SMS alma halları barədə “Android” istifadəçilərindən
orta hesabla 65 faiz daha çox məlumat veriblər.

“Google” şirkəti bu nəticələri bir sıra texnologiyaların, o
cümlədən RCS (Rich Communication Services) protokolunun, “Android”
sisteminə inteqrasiya olunmuş müdafiə mexanizmlərinin və süni
intellekt əsaslı sistemlərin tətbiqi ilə əlaqələndirir.