Monteneqro Ombudsmanı saxlanılan Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi ilə bağlı Səbinə Əliyevanın məktubuna cavab verib

Baş səhifə

Bakı. Trend:

Monteneqro Respublikasının İnsan Hüquqları və Azadlıqları
Müdafiəçisi Sinişa Bjekoviç Podqoritsa şəhərində Azərbaycan
vətəndaşının saxlanılması ilə bağlı İnsan Hüquqları üzrə Müvəkkil
(Ombudsman) Səbinə Əliyevanın məktubuna rəsmi qaydada cavab
ünvanlayıb.

Monteneqro Ombudsmanı məsələnin nəzarətə götürülərək bununla
əlaqədar həmin ölkənin Polis İdarəsi ilə birbaşa əlaqə yaratdığını
və saxlanılmış Azərbaycan vətəndaşına qarşı xüsusi həssaslıqla
davranıldığını bildirib.




S.Bjekoviç etnik, milli və ya dini zəmində hər hansı bir
ayrı-seçkiliyin, nifrət nitqi və ya düşmənçilik münasibətlərinin
qarşısının alınması ilə bağlı məsələlər də daxil olmaqla, hər bir
Azərbaycan Respublikası vətəndaşının hüquqlarının müdafiə
olunacağını qeyd edib, saxlanılmış şəxslərlə bağlı aparılan
istintaq və məhkəmə proseslərinin gedişatının onun mandatı
çərçivəsində nəzarətdə saxlanılacağını diqqətə çatdırıb.

Hadisə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkilinin diqqətində saxlanılır.