Xəstəxananın direktoru vəzifəsindən azad edildi

Baş səhifə

Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev vəzifəsindən azad olunub.

Modern.az-ın məlumatına görə, o, öz ərizəsi ilə işdən ayrılıb.

Qeyd edək ki, Fariz Babayev 2003-2021-ci illərdə Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri vəzifəsində çalışıb. 2021-ci ildə xəstəxananın direktoru təyin edilib.