
Bakı. Trend:
“Bavariya” “Feyenoord”un futbolçusu Civayro Ridi komandasında
görmək istəyir.
Trend xəbər verir ki, Münhen
klubu Niderland U-21 yığmasının müdafiəçisini transfer etmək üçün
danışıqlara başlayıb. Rid “Bavariya”nın cinah müdafiəçisi mövqeyi
üçün əsas namizədlərindən biri sayılır.
Rid uğrunda mübarizədə “Bavariya”ya bir neçə Premyer Liqa klubu
ciddi rəqabət yaradır. 19 yaşlı futbolçunun “Feyenoord”la
müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, 2025/26 mövsümündə Civayro Rid Ərədivizidə
keçirdiyi 9 oyunda 2 qol ötürməsi ilə yadda qalıb.

