
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
Trend Vətən
müharibəsinin oktyabrın 31-nə olan xronikasını təqdim edir:
– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın
28-də Almaniyanın ARD televiziya kanalına müsahibə verib.
– Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya
atəşinə tutulub.
– Müdafiə Nazirliyi cəbhədə oktyabrın 31-nə olan
son vəziyyəti açıqlayıb. Düşmənin məhv edilən hərbi texnikasının
siyahısı açıqlanıb. Qubadlını artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə
cavab atəşi açılıb.
– Ağcabədi rayonunun Qiyaməddinli kəndi atəşə
tutulub. Düşmən Xocavənd istiqamətində fosfor tərkibli yük gətirməklə
gələcək təxribatlarına zəmin yaratmağa çalışıb.
– Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilməsinin
videogörüntüsü yayılıb.
– Ağdərə, Xocavənd, Qubadlı istiqamətlərində döyüşlər davam
edib.
– Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi
nəqliyyat vasitəsi sıradan çıxarılmasının videogörüntüsü yayılıb.

