
Bakı. Trend:
ABŞ vitse-prezidenti Cey Di Vens Ağ Evdə jurnalistlərə bildirib
ki, ABŞ vaxtaşırı nüvə silahı sınaqları aparmalıdır.
Trend xəbər verir ki, o qeyd
edib ki, həm ABŞ-ın, həm də Rusiya və Çinin böyük nüvə arsenalı var
və bu silahların düzgün və etibarlı işlədiyinə əmin olmaq üçün
bəzən sınaqların keçirilməsi zəruridir.
Vitse-prezident sınaqlar zamanı ABŞ-ın yenidən nüvə
partlayışları həyata keçirməyə hazır olub-olmaması barədə aydınlıq
gətirməyib.

