Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı (FAO) Ərzaq Qiymətləri İndeksi (FFPI) 2025-ci ilin
sentyabr ayında orta hesabla 128.8-ə bərabər olub. Bununla da ərzaq
qiymətləri indeksi avqust ayı ilə müqayisədə 0.7% azalıb və ötən
ilin müvafiq dövrü ilə müqayisədə isə 3.4% artıb.
Trend
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Agentliyinə istinadən xəbər verir ki, dövr ərzində ət məhsulları
üzrə qiymət indeksi artıb, şəkər, bitki yağları, süd və taxıl
məhsulları üzrə isə azalıb.
TAXIL MƏHSULLARI (DƏNLİ BİTKİLƏR)
Taxıl məhsullarının Qiymət İndeksi sentyabr ayında orta hesabla
105.0 bənd təşkil edib:
Avqust ayına nisbətən 0.6 bənd (0.6%) azalıb;
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.5 bənd (7.5% )
azalıb.
Taxıl məhsullarının qiymət indeksinin azalmasının əsas səbəbləri
:
Avropa İttifaqı, Şimali Amerikanın əsas istehsalçı ölkələrində
və Rusiya Federasiyasında yüksək məhsuldarlıq fonunda buğda
qiymətinin azalması;
Braziliya və ABŞ-də bol tədarük proqnozları əsasında qarğıdalı
qiymətinin azalması;
Düyü qiymətinin azalması.
BİTKİ
YAĞLARI
Bitki yağı Qiymətləri İndeksi sentyabr ayında orta hesabla 167.9
bənd təşkil edib:
Avqust ayına nisbətən 1.2 bənd (0.7%) azalıb;
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 25.0 bənd (18.0%)
artıb.
Bitki yağları qiymət indeksinin azalmasının əsas səbəbləri :
Malayziyada avqust ayı ehtiyatlarının gözləniləndən daha yüksək
olması fonunda palma yağı qiymətinin azalması;
Sentyabrın sonunda soya paxlası və ondan əldə edilən məhsullar
üzrə ixrac vergilərinin müvəqqəti dayandırılmasından sonra
Argentinadan artan tədarükün təzyiqi fonunda qlobal soya yağı
qiymətinin azalması.
ƏT
MƏHSULLARI
Ət Qiyməti İndeksi sentyabr ayında orta hesabla 127.8 bənd
təşkil edib:
Avqust ayına müqayisədə 0.9 bənd (0.7%) artıb;
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.9 bənd (6.6%)
artıb.
Ət məhsulları qiymət indeksinin artmasının əsas səbəbləri:
Avstraliyada yüksək kotirovkalar, Çin və ABŞ-də olan yüksək
tələbat fonunda mal ətinin qiymətinin artması; Yüksək tələb və
Okeaniyada aşağı ixrac imkanları fonunda qoyun əti qiymətinin
artması.
SÜD
MƏHSULLARI
Süd məhsullarının Qiymətləri İndeksi sentyabr ayında orta
hesabla 148.3 bənd təşkil edib:
Avqust ayı ilə müqayisədə 4.0 bənd (2.6%) azalıb;
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.8 bənd (9.0%)
artıb.
Süd məhsullarının qiymət indeksinin azalmasının əsas
səbəbləri:
Yeni Zelandiyada yüksək təklif fonunda kərə yağı qiymətinin
azalması;
Süd tozu qiymətinin azalması.
ŞƏKƏR
Şəkər Qiymət İndeksi sentyabr ayında orta hesabla 99.4 bənd
təşkil edib:
Avqust ayına nisbətən 4.2 bənd (4.1 faiz) azalıb;
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 26.9 bənd (21.3%)
azalıb.
Şəkər məhsulları üzrə qiymət indeksinin azalmasının əsas
səbəbləri:
Braziliyada böyük əzmə həcmləri və yüksək məhsuldarlıq fonunda
şəkər qiymətinin azalması;
Hindistan və Taylandda bol musson yağışlarından sonra,
genişlənmiş əkinlərlə birlikdə əlverişli məhsul fonunda şəkər
qiymətinin azalması.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən,
Azərbaycanda 2025-ci ilin yanvar-sentyabr aylarında istehlak
qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 105,7
faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə
106,7 faiz, qeyri-qida malları üzrə 102,6 faiz, əhaliyə göstərilən
ödənişli xidmətlər üzrə 106,8 faiz təşkil edib.
Eyni zamanda yalnız bu ilin sentyabr ayında isə ölkədə istehlak
qiymətləri indeksi avqust ayı ilə müqayisədə 101,1 faizə bərabər
olub.

