Bulvarda 2 nəfər batmaq təhlükəsindən xilas olub

Baş səhifə

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində
vətəndaşların dənizdə batma təhlükəsində olması barədə məlumat
daxil olub.

Trend xəbər
verir ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin
“Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.




Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə
batma təhlükəsində olan 1998-ci il təvəllüdlü Şıxəliyeva Tavat
Baxşeyiş qızı və 1997-ci il təvəllüdlü Şıxəliyev Dünyamin Salam
oğlu dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil
verilib.