Bakı. Trend:
Rusiya hərbi nəqliyyat təyyarələri yarımillik fasilədən sonra
yenidən Suriyanın Latakiya şəhərində yerləşən Xmeymim
aviabazasından istifadə etməyə başlayıb.
Trend bu barədə
xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata əsasən, 26 oktyabr tarixində Rusiya hərbi İL-62
təyyarəsi Liviya üzərindən Xmeymimə gəlib və daha sonra Moskvaya
yola düşüb.
“Flightradar” məlumatlarına görə isə, 24–29 oktyabr
tarixlərində, Rusiya Müdafiə Nazirliyinin 224-cü uçuş dəstəsinə
məxsus ağır yük təyyarəsi An-124-100 “Ruslan” Xmeymimə üç dəfə eniş
edib.
“Bloomberg”in Kremllə yaxın əlaqələri olan mənbəsi Suriyadakı
aviabazanın Rusiya tərəfindən yenidən istifadə olunduğunu
təsdiqləyib.

