
Bakı. Trend:
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan
nəzarət tədbirləri zamanı “Buta Çərəz” MMC-nin Türkiyə
Respublikasından idxal etdiyi “SDF Gida Sanayi ve Ticaret Limited
Şirketi” müəssisəsinin istehsalı olan ümumi çəkisi 6.12 ton antep
fıstığı məhsulu partiyasında (08.10.2025-08.10.2027-ci il istehsal
və son istifadə tarixli) Aflatoksin B1 və Total Aflatoksin
göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.
Trend
xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, məhsul partiyası ölkəmizin idxal tələblərinə, o
cümlədən qüvvədə olan texniki və hüquqi normalara cavab vermədiyi
üçün gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv
edilməsi barədə qərar qəbul edilib.

