Paytaxtın bu ərazisindəki yeraltı avtodayanacağın fəaliyyəti müvəqqəti dayandırılır – RƏSMİ

Baş səhifə

Bakı.Trend:

8 Noyabr – Zəfər günü ilə bağlı paytaxtda təşkil ediləcək
paradla əlaqədar Azadlıq Meydanındakı yeraltı avtodayanacağın
fəaliyyəti müvəqqəti dayandırılacaq.

Trend xəbər
verir ki, bu barədə AYNA məlumat yayıb.




Bildirilib ki, noyabrın 3-dən 9-dək Zəfər paradına hazırlıq
müddətində və bayram günündə yeraltı dayanacaq fəaliyyət
göstərməyəcək.