Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həcmi 31 milyard manatı ötüb

Baş səhifə

Bakı. Trend:

Bu ilin oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit
qoyuluşunun (bank və qeyri-bank birlikdə) həcmi 31,042 milyard
manat təşkil edib.

Trend bu
barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, banklar və qeyri-banklar tərəfindən ölkə
iqtisadiyyatına kredit qoyuluşunun həcmi bir ay əvvələ nisbətən 577
milyon manat və ya 1,9%, 2024-cü ilin oktyabrın 1-nə nisbətən isə
2,6 milyard manat və ya 9,3% artıb.

Hesabat dövründə kredit qoyuluşunun 7,6 milyard manatı dövlət
banklarının payına düşüb ki, bu da aylıq müqayisədə 171 milyon
manat və ya 2,3%, illik müqayisədə isə 723 milyon manat və ya 10,5%
artım deməkdir.




Bəhs olunan dövrdə iqtisadiyyata kredit qoyuluşlarının 21,686
milyard manatı özəl bankların payına düşüb. Bu isə cari ilin
sentyabrın 1-nə olan göstərici ilə müqayisədə 401 milyon manat və
ya 1,9%, ötən illin oktyabrın 1-nə olan göstəriciyə nisbətən isə
1,8 milyard manat və ya 9,3% çoxdur.

Bundan başqa, bu ilin oktyabrın 1-nə ölkə iqtisadiyyatına kredit
qoyuluşlarının qeyri-bank kredit təşkilatlarına düşən payı 1,765
milyard manat olub ki, bu da aylıq müqayisədə 6 milyon manat və ya
0,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 67 milyon manat və ya
3,9% çoxdur.

Qeyd edək ki, hesabat dövründə dövlət bankları tərəfindən kredit
qoyuluşu ümumi kredit qoyuluşunun 24,5%-ni, özəl banklar tərəfindən
kredit qoyuluşu ümumi kredit qoyuluşunun 69,9%-ni, bank olmayan
kredit təşkilatları tərəfindən qoyulan kredit qoyuluşu ümumi kredit
qoyuluşunun 5,7%-ni təşkil edib.