Beynəlxalq ictimaiyyət Belçikanı Konqo Demokratik Respublikasında müstəmləkə hökmranlığı dövründə törədilən cinayətləri tanımağa və yerli xalqa təzminat ödəməyə məcbur etməlidir.
“Report”un məlumatına görə, bunu Braziliyadan olan fəlsəfə doktoru Lui Filipp Patrik de Jonq Filyo BDU-da “Mərkəzi Afrikada Belçika müstəmləkəçiliyi və onun bu günə qədər davam edən ağır fəsadları” mövzusunda keçirilən müzakirədən sonra jurnalistlərə bildirib.
Onun sözlərinə görə, təzminatlar zəruridir, çünki Belçikanın müstəmləkə rejimi zamanı milyonlarla konqolu öldürülüb və işgəncələrə məruz qalıb.
Məlumat yenilənir
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

