Orban Vaşinqtonda Trampla görüşəcək

Baş səhifə
Orban Vaşinqtonda Trampla görüşəcək

Viktor Orban

Macarıstanın Baş naziri Viktor Orban noyabrın 7-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Macarıstanın Baş nazirinin administrasiyasının rəhbəri Gergey Quyyaş jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

“ABŞ Prezidenti Donald Tramp noyabrın 7-də Ağ Evdə Macarıstanın Baş nazirini qəbul edəcək”, – o deyib.