TƏBİB: Gələn ilin sonuna qədər regional çağrı mərkəzlərinin yaradılması prosesi yekunlaşacaq

Baş səhifə
TƏBİB: Gələn ilin sonuna qədər regional çağrı mərkəzlərinin yaradılması prosesi yekunlaşacaq

Ölkə üzrə çağrı xidmətinin “Regional çağrı mərkəzləri” formatında qurulması planlaşdırılır.

“Report” xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktorunun müşaviri Elşad Məmmədli 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi – “Medinex 2025″də deyib.

Onun sözlərinə görə, 2025-ci ilin sonuna qədər qurulacaq Abşeron çağrı mərkəzi yeni ştat cədvəlinə əsasən komplektləşdirilir: “İlin sonuna qədər yeni proqram təminatının Abşeron Çağrı mərkəzində qurulması və tətbiqi prosesi bitir. 2025-ci ildə rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi stansiyalarında çağrı xidmətinin keyfiyyəti artırılır. 2026-cı ilin ilk yarısında rayon stansiyalarındakı koordinatorların yeni proqram təminatına uyğunlaşdırılması prosesi yekunlaşır”.

E.Məmmədli bildirib ki, 2026-cı ilin sonuna qədər ölkənin bütün ərazisində regional çağrı mərkəzlərinin yaradılması prosesi yekunlaşacaq.