
Bakı. Trend:
Rusiyanın Vladiqafqaz, Maqasa və Nijnekamsk şəhər hava
limanlarında hava gəmilərinin qəbulu və göndərişinə qoyulmuş
məhdudiyyətlər aradan qaldırılıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava
Nəqliyyatı Agentliyinin (Rosaviasiya) rəsmi nümayəndəsi Artyom
Korenyako öz rəsmi “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, bundan əvvəl həmin aeroportlarda hava
gəmilərinin uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə
sözügedən məhdudiyyətlər tətbiq olunmuşdu.
Qeyd edək ki, oktyabrın 30-a keçən gecə, eyni zamanda Moskvanın
Vnukovo və Domodedovo aeroportlarında “Xalça” planı tətbiq olunmuş,
mülki təyyarələrin uçuşu məhdudlaşdırılmışdı.

