Lənkəranda sərxoş qrup iki nəfəri döyüb

Baş səhifə

Bakı. Trend:

Lənkəran şəhəri ərazisində bir qrup şəxs sərxoş vəziyyətdə şəxsi
zəmində xuliqanlıq hərəkətləri törədərək iki nəfəri döyüb.

Trend xəbər
verir ki, oktyabrın 28-də gecə saatlarında Hirkan qəsəbə sakini,
1993-cü il təvəllüdlü Alim Şükürzadə Lənkəran şəhər sakini, 1996-cı
il təvəllüdlü Cəbrayıl Şirməmmədovu zorla avtomobilə əyləşdirərək
Sütəmurdov kəndinə aparıb.

Orada A.Şükürzadə dostları — 1989-cu il təvəllüdlü Elvin
Quluzadə və 1990-cı il təvəllüdlü Elşad Məmmədovla birlikdə
C.Şirməmmədovu döyərək ona xəsarət yetiriblər. Daha sonra həmin
yerə gəlmiş C.Şirməmmədovun 1995-ci il təvəllüdlü dostu da
A.Şükürzadə tərəfindən döyülüb.




Hadisə ilə əlaqədar A.Şükürzadə, E.Məmmədov və E.Quluzadə polis
tərəfindən saxlanılıb. Onlar sərxoş vəziyyətdə olublar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət
işi başlanılıb, araşdırmalar davam etdirilir.