
Bakı. Trend:
Futzal üzrə “Araz-Naxçıvan” komandası UEFA Çempionlar Liqasının
əsas mərhələsində ilk matçını keçirib və Rumıniyanın “Yunayted
Qalati” klubunu 2:1 hesabı ilə məğlub edib.
Trend xəbər verir
ki, VII qrupun matçı Sala Sporturilor Dunareada baş tutub.
Qeyd edək ki, Yevgeni Kukseviçin rəhbərlik etdiyi kollektiv
qrupdakı növbəti oyunlarını sabah Lüksemburqun “Differdanje 03”,
noyabrın 1-də isə Niderlandın “Tigers Roermond” komandalarına qarşı
keçirəcək.

