FED əsas faiz dərəcəsini yenidən endirib

Baş səhifə

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının mərkəzi bank funksiyalarını yerinə
yetirən Federal Ehtiyat Sistemi (FED) uçot faiz dərəcəsini 0,25
baza bəndi azaldaraq illik 3,75–4% aralığına endirib.

Trend xəbər verir
ki, bu barədə maliyyə qurumunun Açıq Bazar Əməliyyatları üzrə
Federal Komitəsinin (FOMC) iclasının nəticələrinə dair bəyanatında
qeyd olunub.

FOMC həmçinin balans aktivlərinin azaldılmasını dekabrın 1-də
başa çatdıracağını açıqlayıb. FED-in növbəti iclası dekabrın
9–10-da keçiriləcək.




Qeyd edək ki, faiz dərəcəsi ötən ilin dekabr ayından bəri ilk
dəfə olaraq əvvəlki iclasda azaldılmışdı.

Bildirilib ki, ABŞ hökumətinin fəaliyyətinin dayandırılması
səbəbindən tənzimləyici qurum bir sıra vacib iqtisadi məlumatları
açıqlamayıb. Federal hökumətin maliyyələşdirilməsinin
dayandırılması respublikaçılar və demokratlar arasında büdcə
xərcləri ilə bağlı razılaşmanın hələ əldə olunmaması ilə izah
edilir.