“Qarabağ” – “Çelsi” oyununa 22 500 bilet satılıb

Baş səhifə

Bakı. Trend:

Bakıda keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin
IV turu çərçivəsində “Qarabağ” və İngiltərənin “Çelsi” komandaları
arasında baş tutacaq oyuna indiyədək 22 500 bilet satılıb.

Trend xəbər verir
ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.




Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq
Bəhramov adına Respublika stadionunda saat 21:45-də başlayacaq.