
Bakı. Trend:
Dünyada artan istilər hər dəqiqə bir insanın həyatına son
qoyur.
Trend xəbər verir
ki, qlobal istiləşmənin faciəvi nəticələrindən elmi “Lancet”
jurnalında dərc olunan elmi məqalədə bəhs olunur.
İstilikdən yaranan stress hər il təxminən 546 min insanın
ölümünə səbəb olur. Statistik göstəricilər isə 1990-cı illərlə
müqayisədə bu rəqəmin 23 faiz artdığını göstərir. Xüsusilə bir
yaşına qədər uşaqlar və yaşlı insanlar bu təsirlərə qarşı daha
həssas hesab olunur.
Qeyd olunur ki, 2024-cü ildə istilər nəticəsində rekord sayda iş
saatı itirilib, bu da xüsusilə də kasıb ölkələrdə iqtisadi
zərərlərə səbəb olub.

