Azərbaycan-Pakistan qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparıb

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 29-da Azərbaycan
Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr
olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə
ölkəmizdə səfərdə olan Tacikistan Respublikası Ali Məclisi
Nümayəndələr Palatasının sədri Fayzali İdizoda ilə görüşüb.

Parlamentdən Trend-ə verilən
məlumata görə, Fayzali İdizodanı Nümayəndələr Palatasının sədri
seçilməsi münasibətilə təbrik edən spiker Sahibə Qafarova,
Tacikistanın bu beynəlxalq konfransda yüksək səviyyədə iştirakına
görə təşəkkür edib.

Görüşdə xalqlarımızı ortaq mədəni və mənəvi dəyərlərin
birləşdirdiyi qeyd olunaraq, bu əlaqələrin daha da inkişaf
etdirilməsinin mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Söhbət
zamanı, Azərbaycan–Tacikistan arasında münasibətlərin qarşılıqlı
anlaşma şəraitində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd
olunaraq, bu münasibətlərin hazırkı yüksək səviyyəyə çatmasında
dövlət başçılarımızın xüsusi rolu vurğulanıb. Qeyd olunub ki, ölkə
başçılarımızın dövlətlərimizin və xalqlarımızın rifahı naminə
həyata keçirdikləri uğurlu siyasət, eləcə də xalqlarımızın tam
dəstəyi nəticəsində Azərbaycan–Tacikistan əlaqələri bu gün uğurla
inkişaf edir.

Tərəflər parlamentlərimiz arasında da əlaqələrin mövcud
səviyyəsindən məmnunluqlarını ifadə ediblər.

Görüşdə Fayzali İdizoda Azərbaycan və Ermənistan arasında sülh
sazişinin paraflanması münasibətilə təbriklərini çatdırıb. Milli
Məclisin sədri Sahibə Qafarova Vaşinqtonda aparılan danışıqların və
ümumilikdə normallaşma prosesinin region üçün əhəmiyyətini
vurğulayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında
da fikir mübadiləsi aparılıb.