
Bakı. Trend:
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 finala adlayan daha bir
komanda bəlli olub.
Trend xəbər verir ki, “Şimal”la “Şahdağ Qusar” arasında oynanılan görüşün əsas vaxtı
qolsuz heç-heçə ilə bitdiyindən əlavə 30 dəqiqə oynanılıb.
Burada 2 dəfə fərqlənən Qusar təmsilçisi növbəti raunda
yüksəlib.
Qeyd edək ki, daha əvvəl “Kəpəz”, “Karvan-Yevlax”, “İmişli”, “Turan Tovuz”, “Baku Sportinq”, “Şəfa”, “Sumqayıt” və “Difai” 1/8
finala vəsiqə qazanıb.

