Cəbrayılda “Şəfəq” GES-ə çıxışı təmin edən avtomobil yolu salınır

Baş səhifə

Cəbrayı. Trend:

Hacıqabul-Bəhrəmtəpə-Erministan Respublikası ilə dövlət sərhədi
avtomobil yolunun 197-ci kilometrindən Cəbrayıl rayonu ərazisində
inşa olunan “Şəfəq” Günəş Elektrik Stansiyasına gedən avtomobil
yolu IV texniki dərəcəyə uyğun inşa edilir.

Trend-in
Qarabağ bürosu xəbər verir ki, yolun ümumi uzunluğu 11,5
kilometrdir.




Bildirilir ki, iki hərəkət zolağından ibarət yolun eni 6
metrdir. Bu yolun inşası ötən ilin dekabrında Azərbaycan
Prezidentinin imzaladığı Sərəncama əsasən həyata keçirilib.

Qeyd edək ki, yeni yolun istifadəyə verilməsi bu istiqamətdə
nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinə, əhalinin
rahat gediş-gəlişinin təmin edilməsinə öz töhfəsini verəcək.