Almaniya məktəbinə silahlı şəxs daxil olub

Baş səhifə

Bakı. Trend:

Almaniya polisi Ludviqshafen şəhərində yerləşən məktəbin
ərazisində bıçaqlı cinayətkarı axtarır.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, məktəbdə hazırda polis əməkdaşları axtarış
aparır. Şagirdlərə əməliyyat başa çatana qədər sinif otaqlarını
tərk etməmələri tövsiyə olunub. Təhsil müəssisəsinin ərazisinə
giriş bağlanıb.




Hadisə zamanı bıçaqlanma və ya xəsarət alanlar barədə hələlik
heç bir məlumat yoxdur.

Ümumilikdə məktəbdə 800 nəfər təhsil alır.