
Bakı. Trend:
Ceyhun Bayramov Azərbaycanın Omandakı səfirliyinin rəsmi açılış
mərasimində iştirak edib.
Trend xəbər verir ki, bu
barədə Azərbaycan XİN rəhbəri “X” sosial şəbəkə hesabında paylaşım
edib.
“Omanın Məsqət şəhərində Azərbaycan Respublikası səfirliyinin
rəsmi açılış mərasimində iştirak etməkdən məmnunam. Bu yeni
diplomatik missiya ölkələrimiz arasında artan tərəfdaşlığı əks
etdirən əhəmiyyətli bir mərhələni qeyd edir.
Biz Azərbaycan və Oman xalqları üçün yeni imkanlar açmaq
məqsədilə ticarət, investisiya, mədəniyyət və turizm sahələrində
ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqik.
Atılan bu addımlar siyasi dialoqun, xalqlar arasında əlaqələrin
və uzunmüddətli tərəfdaşlığın möhkəmləndirilməsinə yönəlmiş ortaq
iradəmizi əks etdirir”, – paylaşımda əlavə olunub.

