Mənimsəmədə ittiham olunan şirkət rəhbərinin cəzası azaldılıb

Baş səhifə

Bakı. Trend:

Xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan şirkət
rəhbəri Üzeyir Həsənov barəsində olan hökmdən verdiyi kassasiya
şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Trend xəbər
verir ki, Ali Məhkəmədə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, təqsirləndirilən şəxsin cəzası 10 ildən 8 ilə
endirilib.




Bildirək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən,
Üzeyir Həsənov 11 il müddətə azadlıqdan məhrum edilsə də, Bakı
Apellyasiya Məhkəməsi qərarı dəgişərək cəzanı 10 ilə
endirmişdi.

Təqsirləndirilən şəxs Cinayət Məəcəlləsinin 179.3.2-ci (
Mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham
edilib.