Bakı. Trend:
Polşa Avropa İttifaqı ilə Ukrayna arasında çərşənbə günü qüvvəyə
minmiş yeni ticarət sazişinə baxmayaraq, Ukraynadan taxıl və bir
sıra digər məhsulların idxalına qoyulmuş embarqonu qüvvədə
saxlayır.
Trend xəbər verir
ki, bu barədə Polşanın Kənd Təsərrüfatı Nazirliyinin bəyanatında
məlumat verilir.
“Sazişin qüvvəyə minməsi, Ukraynadan Polşaya bəzi məhsulların
idxalına qoyulan qadağanın avtomatik olaraq ləğv ediləcəyi anlamına
gəlmir”, – deyə bəyanatda bildirilir.
Məlumata görə, idxalı hələ də qadağan edilən Ukrayna kənd
təsərrüfatı məhsulları siyahısına taxıl, günəbaxan, kəpək və cecə
daxildir.

