Putin: “Burevestnik”də istifadə edilən nüvə texnologiyasını xalq təsərrüfatında tətbiq edəcəyik

Baş səhifə
Putin: Burevestnikdə istifadə edilən nüvə texnologiyasını xalq təsərrüfatında tətbiq edəcəyik

“Burevestnik”də istifadə olunan nüvə texnologiyaları Ay proqramında tətbiq olunacaq.

“Report”un Rusiya KİV-lərinə istinadən məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Burevestnik”də istifadə olunan elektronika artıq kosmik proqramlarda tətbiq olunur. Rusiya “Burevestnik”də istifadə edilən nüvə texnologiyalarını xalq təsərrüfatında da tətbiq edə biləcək”, – o qeyd edib.

V.Putin, həmçinin bildirib ki, ötən gün “Poseydon” sualtı aparatı sınaqdan keçirilib.