NBA basketbolçusu aeroportda narkotiklə saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Amerikanın Milli Basketbol Assosasiyasının (NBA) “Dallas
Meveriks” klubunun müdafiəçisi Brendon Uilyams Texas ştatının
Dallas hava limanında üzərində narkotik vasitə ilə saxlanılıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Amerikalı basketbolçu üzərində 36 qram marixuana keçirməyə
çalışıb. Narkotik vasitəni aeroportun təhlükəsizlik əməkdaşları
onun çantasından aşkarlayıb və hadisə yerinə polis çağırıblar.

Həbs olunan basketbolçu günahsız olduğunu və çantaya əşyaların
onun meneceri tərəfindən yığıldığını iddia edir.